İrakli Ğaribaşvili - Nikol Paşinyanla görüşdə biz bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyin kritik əhəmiyyətini müzakirə etdik
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində Ermənistanın baş naziri, Nikol Paşinyanla görüşünə əks səda verir.
Hökumət başçısının dediyinə görə, Nikol Paşinyanla görüşdə bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyin kritik əhəmiyyəti müzakirə etdilər.
“Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyanla yaxşı görüşüm oldu. Biz ölkələrimiz arasındakı əlaqələri, bölgədə və onun hüdudlarından kənarda sülh və sabitliyin kritik əhəmiyyətini müzakirə etdik. Cənubi Qafqaz imkanlar bölgəsinə çevrilməlidir”, – baş nazir yazır.