Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı və onun nümayəndə heyətini şam yeməyində qəbul edib.
Hökumət Administrasiyasının məlumatında, Nikol Paşinyanın şərəfinə şam yeməyinin Mtatsmindada verildiyi deyilir.
İrakli Ğaribaşvili və Nikol Paşinyan funikulyorun tramvayı ilə Mtatsmindaya gediblər və Tbilisinin görməli yerlərini seyr ediblər.
Baş nazirlər qeyri-rəsmi şəraitdə Gürcüstan və Ermənistan Respublikasının strateji tərəfdaşlığını müzakirə ediblər.
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan hökumət nümayəndə heyəti ilə birlikdə yanvarın 26-da Tbilisiyə səfər edib.
Səfər çərçivəsində Gürcüstan-Ermənistan Respublikasının Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib və bu iclasda baş nazirlər Gürcüstan və Ermənistan Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə imzalayıblar.