Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Niderland Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Maaike van Koldam ilə vida görüşü keçirib.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
“Görüşdə Gürcüstan və Niderland Krallığı arasında siyasi münasibətlərin müsbət dinamikası da müzakirə olunub.
İrakli Ğaribaşvili Maaike Van Koldama Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avropa İttifaqına inteqrasiya prosesinə verdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb”-deyə baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.