İrakli Ğaribaşvili - nə qaz istehsalçısı , nə də neft hasilatçısı olan ölkəyik, buna baxmayaraq, yanacağın qiymətinə görə dünyada 100-cü yerdəyik, təxribatlara uymayın
İrakli Ğaribaşvili - nə qaz istehsalçısı , nə də neft hasilatçısı olan ölkəyik, buna baxmayaraq, yanacağın qiymətinə görə dünyada 100-cü yerdəyik, təxribatlara uymayın

 

Yanacağın qiymətinə gəlincə, bir daha demək istəyirəm ki, yanacağın qiymətinə görə dünyada 100-cü yerdəyik, üstəgəl burdaca hər kəsə xatırlatmaq istərdim nə qaz istehsalçısı , nə də neft hasilatçısı olan ölkəyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazir vətəndaşları təxribatlara uymamağa çağırıb.

“İdxaldan asılı ölkəyik. Bir daha vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, bu təxribatlara uymasınlar. Dünən polis reaksiya verməyə məcbur qaldı, təbii ki, bu, çox düzgün idi, çünki insanlar özlərini belə təxribatçı apararaq, öz avtomobilləri ilə küçələri bağlaya bilməzlər . Bu qəbuledilməzdir. Ölkədə nizam-intizam olmalıdır və bütün vətəndaşlar qanun və qaydalara tabe olmalıdırlar” -deyə İrakli Ğaribaşvili bildirib.