İrakli Ğaribaşvili NATO Sammitində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Madridə yola düşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili NATO Sammitində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Madridə yola düşüb. Bu barədə Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.
Onların verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan hökumətinin başçısını sammitə dəvət edib.
“İrakli Ğaribaşvili Madridə səfəri çərçivəsində ikitərəfli yüksək səviyyəli görüşlər keçirəcək. Xarici işlər naziri İlia Darçiaşvili, müdafiə naziri Cuanşer Burchuladze və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə daxildir”-deyə məlumatda qeyd olunub.