İrakli Ğaribaşvili - NATO ilə bütün ölçülərdə siyasi dialoqu və praktiki əməkdaşlığımızı daha da dərinləşdirməyə hazırıq
NATO ilə bütün ölçülərdə siyasi dialoqumuzu və praktiki əməkdaşlığımızı daha da dərinləşdirməyə hazırıq -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Brüsseldə NATO-nun baş katibi İens Stoltenberq ilə keçirilən birgə brifinqdə açıqlayıb.
Gürcüstan hökumətinin başçısı görüşə görə NATO-nun baş katibinə təşəkkür edib və Alyansın üzvləri tərəfindən Avro-Atlantik yolda Gürcüstanın dəstəkləndiyinə görə minnətdar olduğunu bildirib.
“Xüsusən də bizim üçün, Avropanın təhlükəsizlik arxitekturası, Gürcüstan və bütün region üçün olduqca böyük çağırış olan Ukraynada müharibənin getdiyi bugünkü təlatümlü təhlükəsizlik şəraitində ikitərəfli münasibətlərimiz barədə danışmaq üçün sizinlə görüşmək imkanı verdiyinizə görə sizə təşəkkür etmək istərdim. Bundan başqa, Rusiya ilə davam edən işğala görə Gürcüstanın öz problemi var. Müvafiq olaraq, bu görüşə görə minnətdaram.
Mən həmçinin NATO-nun vahid, güclü və tərəfdaşlar ilə münasibətdə daha da inkişaf etmiş olması üçün şəxsi səylərinizə, şəxsi rəhbərliyinizə görə sizə təşəkkür etmək istərdim. Alyans üzvlərinin Gürcüstanın Avro-Atlantik yolunda dəstəyinə, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinizə görə minnətdaram. Etibarlı və bacarıqlı tərəfdaşlardan biri kimi Gürcüstan Alyansın missiyalarına töhfə vermək bxımdan kifayət qədər yaxşı təcrübəyə malikdir. Biz Avro-Atlantik sülh və təhlükəsizliyə töhfə veririk və bu, hamıya yaxşı məlumdur”- deyə İrakli Ğaribaşvili açıqlayıb.
O, Gürcüstanın Avro-Atlantik inteqrasiyasının ölkənin xarici siyasətinin əsas prioriteti olaraq qaldığını qeyd edib.
“Həmçinin qeyd etmək istərdim ki, biz son 10 ildə mühüm irəliləyiş əldə etmişik. Biz Avropa İttifaqı ilə Assosiasiya sazişi, Azad Ticarət sazişi, vizasız səyahətlə bağlı saziş imzaladıq. Keçən il biz artıq Avropa perspektivini aldıq, bu, tarixi qərar idi və biz 12 prioritet üzərində fəaliyyəti aktiv şəkildə davam etdirəcəyik və bu, tezliklə başa çatacaq. Əminəm ki, Gürcüstan namizəd statusunu almağa layiqdir.
Onu da qeyd etmək istərdim ki, 2015-ci ildə birgə təlim mərkəzinin açılması bizim üçün bir imtiyaz idi və bu, NATO və Gürcüstanın bir-biri ilə əməkdaşlığının gözəl nümunəsidir və buna görə sizə bir daha təşəkkür etmək istəyirəm. NATO ilə bütün ölçülərdə siyasi dialoqumuzu və praktiki əməkdaşlığımızı daha da dərinləşdirməyə hazırıq”- deyə Ğaribaşvili açıqlayıb.