İrakli Qaribaşvili - nailiyyətlərimiz Avropa İttifaqının müsbət qərarına layiqdir, Gürcüstana namizəd statusunun verilməsi yeganə yoldur
Bizim nailiyyətlərimiz Avropa İttifaqının müsbət qərarına layiqdir, – Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin 78-ci sessiyasının Ümumi Debatlarında çıxışı zamanı bildirib.
Baş nazirin qeyd etdiyinə əsasən, Gürcüstan assosiasiyalı üçlüyün ölkələri arasında lider kimi Avropa İttifaqına namizəd statusu qazanıb.
“Biz Gürcüstanın nəzərə çarpan nəticələrinin və regionda mövcud geosiyasi kontekstin ədalətli qiymətləndiriləcəyini gözləyirik. Gürcüstana namizəd statusunun verilməsi yeganə yoldur! Son hadisələri nəzərə alaraq, qaydalara əsaslanan beynəlxalq nizamın və BMT Nizamnaməsində öz əksini tapmış fundamental prinsiplərin əhəmiyyətini vurğulamaq istərdim”, – deyə hökumət başçısı bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev