İrakli Ğaribaşvili - Münhendə idim, vəziyyət olduqca ağırdır, Ukraynada müharibənin nə vaxt bitəcəyini bilmirlər, belə ki xalqımıza və ölkəmizə lazım olan maraqları yürütməyi davam etdirməliyik
Əgər biz başqa addımlar atsaydıq, bu gün iqtisadi rifahdan söhbət belə gedə bilməzdi – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
Baş nazir Münhendə keçirilən təhlükəsizlik konfransı haqqında danışıb, vəziyyətin ağır olduğunu və Ukraynada müharibənin nə vaxt bitəcəyinin məlum olmadığını qeyd edib.
“Siyasətimizin nə qədər mühüm olduğunu cəmiyyətimizə bir daha demək istəyirəm, xüsusilə vurğulamaq istəyirəm, hər şey təhlükəsizliklə, ölkəmizin milli təhlükəsizliyi ilə bağlıdır. Əgər biz başqa addımlar atsaydıq, bu gün heç bir iqtisadi rifahdan danışmazdıq, çox yaxşı başa düşürük. Bildiyiniz kimi, mən Münhendə idim, vəziyyətin olduqca ağır olduğunu gördük, çıxış yolu görünmür, Ukraynada müharibənin nə vaxt bitəcəyini bilmirlər. Bu vəziyyətdə ümumiyyətlə heç bir çıxış yolu görünmür. Belə ki, biz ölkəmizin milli maraqlarını qorumaqda davam etməliyik və yalnız xalqımıza və ölkəmizə lazım olan maraqları həyata keçirməliyik”- deyə İrakli Ğaribaşvili açıqlayıb.