İrakli Ğaribaşvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi Almaniya Federativ Respublikasına yola düşüb
İrakli Ğaribaşvili Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi Almaniya Federativ Respublikasına yola düşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi Almaniya Federativ Respublikasına yola düşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatında hökumət başçısının 59-cu Münhen Təhlükəsizlik Konfransının açılış sessiyasında iştirak edəcəyi deyilir. Həmçinin, tematik panel müzakirəsində iştirakı planlaşdırılır.

Konfrans çərçivəsində Baş nazir İrakli Ğaribaşvili yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili, müdafiə naziri Cuanşer Burchuladze və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.