İrakli Ğaribaşvili Münhen konfransının açılış sessiyasında iştirak edib
İrakli Ğaribaşvili Münhen konfransının açılış sessiyasında iştirak edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili dünya liderləri ilə birlikdə Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

Hökumət başçısı nümayəndə heyəti ilə birlikdə 59-cu Münhen Təhlükəsizlik Konfransının açılışında iştirak edib.

59-cu Münhen Təhlükəsizlik Konfransını konfransın sədri Kristof Hoisqen açıb. Açılış mərasimində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski konfrans iştirakçıları qarşısında çıxış ediblər.

Konfrans çərçivəsində Baş nazirin həm siyasi səviyyədə, həm də biznes dairələrin nümayəndələri və böyük şirkətlərin rəhbərləri ilə yüksək səviyyəli ikitərəfli görüşləri nəzərdə tutulub.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.