İrakli Ğaribaşvili müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndələri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndələri ilə görüşüb. Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.
Verilmiş məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə ölkələr arasında mövcud əməkdaşlığın dinamikasının müzakirə edildiyi deyilir. Ortaq maraqlar əsasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Baş nazir qlobal tərəfdaşlığın inkişafının Gürcüstan hökumətinin prioritetlərindən biri olduğunu bildirib.
Gürcüstanın effektiv islahatların aparılması baxımından əldə etdiyi irəliləyişlərə, eləcə də müxtəlif sahələrdə uğurlu və beynəlxalq səviyyədə tanınan gürcü islahatlarının təcrübəsini bölüşmək istəyinə toxunulub.
Gürcüstan bir neçə ildir ki, müxtəlif ölkələrin BMT-dəki daimi nümayəndələrinə ev sahibliyi edir. Səfirlərin səfərinin məqsədi ölkənin inkişafı, iqtisadi imkanları və aparılan islahatlar haqqında məlumat mübadiləsi aparmaqdır.
Görüşdə Benin Respublikasının BMT-də daimi nümayəndəsi Mark Hermann Qninadou Araba, Komor adalarının daimi nümayəndəsi İsimail Chanpi, Konqo Demokratik Respublikasının daimi nümayəndəsi Jorj Nzonqola Ntalaca, Dominikan Respublikasının daimi nümayəndə Xose Alponso Blanko Konde, Liviyanın daimi nümayəndəsi Taher Elson, Sent-Lüsiyanın daimi nümayəndəsi Menisa Marsel Rambali, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Davit Bakradze iştirak ediblər.