İrakli Ğaribaşvili - müxalifətlə minimal standart üzrə razılaşmağa hazırıq, o cümlədən onlar tərəfindən nəzarət edilən televiziyalara da çıxmağa hazırıq
Necə olmasından asılı olmayaraq, xoşumuza gəlsə də, gəlməsə də
müxalifətimizlə müəyyən oyun qaydaları, minimal standart üzrə razılaşmağa hazırıq və həmişə hazır olmuşuq-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Baş nazirin də qeyd etdiyi kimi, əgər bu qaydalar razılaşdırılmasa və müxalifətin siyasəti ölkədə sabitliyi pozmağa yönəlsə, hakimiyyət buna da hazırdır.
“Necə olmasından asılı olmayaraq, xoşumuza gəlsə də, gəlməsə də
müxalifətimizlə müəyyən oyun qaydaları, minimal standart üzrə razılaşmağa hazırıq və həmişə hazır olmuşuq. Əgər bu qaydalar razılaşdırılmasa və onların siyasəti ölkəni qarışdırmağa, dağıtmağa və ölkədə sabitliyi pozmağa yönəlsə, əlbəttə ki, biz buna hazırıq; O cümlədən biz təhqirə, söyüşə, dava-dalaşa deyil, onlar tərəfindən idarə olunan və onların nəzarətində olan televiziyalara çıxmağa, müsahibələr verməyə, real, işgüzar, məzmunlu müzakirələr aparmağa, hazırıq” – deyə baş nazir bildirib.