İrakli Ğaribaşvili müxalifətə - qərar verin kimə xidmət edirsiniz, Gürcüstana, başqa dövlətə, yoxsa dövlətlərə? Əsas sual budur
Siz ümumiyyətlə kimə xidmət etdiyinizə qərar verin, Gürcüstana xidmət edirsiniz, başqa dövlətə və ya dövlətlərə xidmət edirsiniz. Heç olmasa bu barədə düşünmüsünüzmü? Əsas sual budur və hamı buna cavab verməlidir, – deyə baş nazir İrakli Ğaribaşvili parlamentdə müxalifətə müraciət edərək bildirib.
Hökumət başçısı interpelyasiya qaydası ilə dinlənilib.
Baş nazirin sözlərinə görə, Ukrayna hakimiyyəti Gürcüstanda ikinci cəbhə açmağın onların istəyi olduğunu etiraf edib və onlarda adi etirazın yaranmaması anlaşılmazdır.
“Sizdən sıfır, heç bir reaksiya, münasibət, etiraz eşitməmişəm” – deyə baş nazir bildirib.