İrakli Ğaribaşvili müxalifətdən olan deputatlara müraciət edib- Ukrayna Kəşfiyyat Xidmətinin guya Gürcüstanın şirkətlərə, fərdlərə sanksiyalardan yan keçməyə kömək etməsinə dair iki bəyanatı yayıldı, fakt təqdim etməyiblər, sizin reaksiyanız haradadır?
Hökumətimizə qarşı növbəti çirkin böhtan eşitdik. Ukrayna Kəşfiyyat Xidmətinin iki bəyanatı yayıldı, heç bir sübut, heç bir fakt açıqlanmadı, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdəki yekun nitqlə çıxışında bildirib.
Hökumət başçısı çoxsaylı müraciətlərə baxmayaraq, Ukrayna tərəfinin verilmiş bəyanatları təsdiqləyən heç bir fakt təqdim etmədiyini qeyd edib.
“Biz onlara müraciət etdik, zəng etdik, əlaqə saxladıq, niyə belə etdiklərini soruşduq. O vaxtlar Gürcüstanın sanksiyaya məruz qalmış şirkətlərə, rus şirkətlərinə və fiziki şəxslərə sanksiyalardan yan keçməyə kömək etdiyini deyirdilər. Heç bir fakt, heç bir arqument təqdim etmədilər. Onlarla əlaqə saxladıq, sübut təqdim etmələrini istədik. Biz səfirin nümayəndəsini çağırmışdıq, indiyədək heç bir sübut almamışıq. Bu nə deməkdir, vətənpərvər deputatlar sizin reaksiyanız haradadır ? milli maraqlarınızın müdafiəsi hardadır ? niyə bu barədə susursunuz ? Bu, düşünülmüş anti-Gürcüstan, anti-dövlət siyasətidir”-deyə baş nazir bildirib.