Müxalifət çaşqın, deqradasiya olmuş və bədbəxtdir – bu sözləri Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili deyib.
Jurnalistlər baş nazirə “Formula” televiziya şirkətinin sifarişi ilə “Edison Research” şirkətinin keçirdiyi sorğu ilə bağlı sual verilib.
“Müxalifət çaşqın, deqradasiya olmuş və bədbəxtdir. Mənim üçün maraqlı deyil. Bu, saxtalaşdırılmış, gülünc nəticələrdir” – Ğaribaşvili bildirib.