İrakli Ğaribaşvili - müxalifət altı ay ərzində praktiki olaraq ölkəni sabotaj rejimində saxlayırdı, bu destruktiv hərəkətlər dövlətə böyük ziyan vurdu
İrakli Ğaribaşvili - müxalifət altı ay ərzində praktiki olaraq ölkəni sabotaj rejimində saxlayırdı, bu destruktiv hərəkətlər dövlətə böyük ziyan vurdu

Altı ay ərzində praktiki olaraq ölkəni sabotaj rejimində saxlayan müxalifətə sual vermək istəyirəm, onların destruktiv hərəkətləri dövlətə böyük ziyan vurdu, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Parlamenti plenar iclasında, illik hesabatdan sonra deputatların suallarına cavab verərkən bəyan etdi.

İrakli Ğaribaşvilinin qeyd etdiyinə görə, partnyorlardan dəfələrlə dinləyib ki, müxalifətin bir hissəsinin bu hərəkəti yalnız və yalnız ölkənin imicinə ziyan verir.

“Biz bu qədər gözləməkdən sonra gördük ki, bu insanlar tərəfindən tamamilə heç cür arqument təqdim olunmayacaq, tamamilə əsassiz ittihamlardan başqa. Yaxşıdır ki, yekunda burada əyləşibsiniz və bu təsdiq edir ki, bütün bu aylar ərzində siz dövləti praktiki olaraq təcrid rejimində qoydunuz”, – İrakli Ğaribaşvili bəyna etdi.