İrakli Ğaribaşvili - Müqəddəs İlia Həqiqinin ölməz adı hər birimizin üzərinə düşən vətənə qarşılıqsız xidmət və həqiqət yolunu qəti şəkildə izləmək məsuliyyətini bir daha xatırladacaq
Bu gün Böyük İlianın anadan olmasından 185 il ötür- bu barədə Gürcüstan hökumətinin başçısı “Facebook” sosial şəbəkəsində yazır.
Baş nazir İlia Çavçavadzenin öz həyatını gürcülərin milli mənlik şüurunun oyanmasına və dövlət təfəkkürünün inkişafına həsr etdiyini qeyd edib.
“İlia Çavçavadze həyatını gürcülərin milli mənlik şüurunun oyanmasına, dövlət təfəkkürünün inkişafına həsr edib. Onun ictimai həyatın bütün sahələrindəki fəaliyyəti, ölkənin daha yaxşı gələcəyi naminə apardığı mübarizə bu gün də izlədiyimiz yolu açıb. İlianın düşüncələri, şairin bizə qoyub getdiyi mənəvi qida hələ də aktualdır və bizim üçün həyati zəruridir və həmişə belə qalacaq.
Bu gün ən böyük gürcü, Müqəddəs İlia Həqiqinin ölməz adı hər birimizin üzərinə düşən vətənə qarşılıqsız xidmət və həqiqət yolunu qəti şəkildə izləmək məsuliyyətini bir daha xatırladacaq”-deyə bəyanatda deyilir.