İrakli Ğaribaşvili - mövcud münasibətlərin mötəbər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Çin və Gürcüstan arasında məhsuldar əməkdaşlığa yol açır
Mövcud münasibətlərin mötəbər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi mühüm mərhələdir və Çin və Gürcüstan arasında daha məhsuldar əməkdaşlığa yol açır -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çin-Gürcüstan Biznes Forumunda çıxışı zamanı açıqlayıb.
Hökumət başçısı xüsusi qonaqpərvərliyə və səmimi qəbula görə Çinin Prezidentinə və Baş nazirinə minnətdarlığını bildirib.
“Cənab Sədr, Zati-aliləri cənab Səfir, əziz dostlar, xanımlar və cənablar, ilk növbədə, məni və nümayəndə heyətimi Çin Xalq Respublikasına və Çenqduda Ümumdünya Yay Universitet oyunlarının açılış mərasiminə dəvət etdiyinə görə prezident Si Cinpinə son dərəcə minnətdaram. Ötən həftə nümunəvi siyasətçi, müdrik və uzaqgörən milli lider prezident Si ilə görüşmək böyük şərəf idi. Xüsusi qonaqpərvərliyə və səmimi qəbula görə prezident Si və baş nazir Liyə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mövcud münasibətlərin mötəbər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi mühüm mərhələdir və Çin və Gürcüstan arasında daha məhsuldar əməkdaşlığa yol açır. Gürcüstan hökuməti və gürcü xalqı adından möhtəşəm ölkənizə belə məhsuldar və dostca səfərə görə hədsiz dərəcədə şadam. Eləcə də bu gün bu dəyərli biznes forumda iştirak etmək, ölkəmizi – Gürcüstanı təmsil etmək, hörmətli rəsmilərə, eləcə də Çin və Gürcüstanın biznes nümayəndələrinə müraciət etmək şərəfdir”-deyə İrakli Ğaribaşvili açıqlayıb.