İrakli Ğaribaşvili Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.
Verdikləri məlumatlara görə, hökumət administrasiyasında keçirilən görüşdə tərəflər iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə toxunublar. Qeyd olunub ki, Monteneqronun “Tbilisi İpək Yolu Forumu”nda iştirakı əlaqələri möhkəmləndirmək üçün bir fürsətdir.
“Söhbətdə yüksək səviyyəli ikitərəfli səfərlərin aktivləşdirilməsinə də toxunulub.
Hökumət başçısı Monteneqronun Baş nazirinə “Tbilisi İpək Yolu Forumu”nda iştirakına görə təşəkkür edib”, – hökumətin mətbuat xidmətinin məlumatında deyilir.