İrakli Ğaribaşvili Mivtach Shamir Holdinqinin sədri Meir Şamir ilə görüşüb
İrakli Ğaribaşvili Mivtach Shamir Holdinqinin sədri Meir Şamir ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Mivtach Shamir Holdinqinin sədri Meir Şamir ilə görüşüb. Məlumatı baş nazirin mətbuat xidməti yayır.

İdarədən verilən məlumatda, tərəflərin ölkənin investisiya potensialını müzakirə etdiyi, enerji və kənd təsərrüfatı sahələri daxil olmaqla gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardığı deyilir.

Gürcüstanın strateji əhəmiyyətli coğrafi yerinə, beynəlxalq ziyarətçilərin artan sayına və ölkədəki əlverişli vergi şərtlərinə toxunulub.

“Mivtach Shamir 30 ildən artıqdır ki, daşınmaz əmlak, energetika, maliyyə və texnologiya sahələrində İsrail bazarında fəaliyyət göstərən ən böyük holdinqlərdən biridir. Şirkət Hindistan və ABŞ-da da təmsil olunur.

Hökumət Administrasiyasında keçirilən görüşdə qonaq tərəfdən “Mivtach Shamir” şirkətinin enerji sektoru üzrə tərəfdaşı Doron Qruper və elektrik stansiyalarının istismarı üzrə ekspert Şlomo Qiqi, Gürcüstan tərəfindən isə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və nazir müavini Romeo Mikautadze iştirak ediblər”-deyə məlumatda qeyd olunub.