İrakli Ğaribaşvili Milli Statistika Xidməti Şurasında iki vakant vəzifə üzrə Marine Mindoraşvili, Simon Qelaşvili və Davit Kupatadzenin namizədliyini təqdim edib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Milli Statistika Xidməti Şurasında iki vakant vəzifəyə təyin olunmaq üçün Marine Mindoraşvili, Simon Qelaşvili və Davit Kupatadzenin namizədliyini parlamentə təqdim edib.
Qərar qəbul edilməzdən əvvəl parlamentin Sahə Komitəsinin iclasında namizədlər dinləniləcək.
Qanunvericiliyə əsasən, səkkiz nəfərdən ibarət Milli Statistika Şurasının beş üzvü dövlət qulluqçusu olmamalıdır. Baş nazir parlamentin təsdiqi ilə bu şura üzvlərini açıq müsabiqə nəticəsində seçilmişlər arasından təyin edir.
Dövlət qulluqçusu olmayan şura üzvlərinin seçilməsi üçün müsabiqə Milli Statistika Xidməti tərəfindən elan edilir, müsabiqə komissiyası isə baş nazir tərəfindən yaradılır.