İrakli Ğaribaşvili - "Milli Hərəkat" radikal qrupu dilemma qarşısındadır, Parlamentə daxil olsunlar ya yox, özlərini dalan vəziyyətinə özləri saldılar
İrakli Ğaribaşvili - "Milli Hərəkat" radikal qrupu dilemma qarşısındadır, Parlamentə daxil olsunlar ya yox, özlərini dalan vəziyyətinə özləri saldılar

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatına görə, “Milli Hərəkat” indi dilemma qarşısındadır, Parlamentə daxil olsunlar ya yox.

Baş nazirin qeyd etdiyinə görə, partiya dalan vəziyyətini özünü özü saldı.

“Bu radikal qrup, “Milli Hərəkat” barəsində artıq danışmaq istəmirəm. Onlar çox ağır vəziyyətdədilər. Çünki altı ay ərzində təsdiq edirdilər ki, sanki seçkilər saxtalaşdırılıb. Sonra aşkar olundu ki, onlar Avropa İttifaqının mediatorluğu ilə işlənib hazırlanan sənədə imza atdılar. Onlar başqa yolu, çıxış yolu yox idi ki, imzalamaya idilər. İndi çox ağır vəziyyətdə, dilemma qarşısındadılar. Onlar daxil olub olmamaları eyni cür problematikdir. Onlar özlərini dalan vəziyyətinə özləri saldılar”, – İrakli Ğaribaşvili bəyan etdi.