İrakli Ğaribaşvili - Milad Bayramınız mübarək əziz həmvətənlərim, sizə və ailənizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram
İrakli Ğaribaşvili - Milad Bayramınız mübarək əziz həmvətənlərim, sizə və ailənizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili vətəndaşları parlaq Milad Bayramı münasibətilə təbrik edir.

Hökumət başçısı qeyd edir ki, Xilaskarın Doğulması yeni dönəmin başlanğıcı, ümid və sevinc bayramı hesab olunur.

“Milad Bayramınız mübarək əziz həmvətənlərim! İsa Məsihin doğulması bütün bəşəriyyət üçün dönüş rolunu oynadı və xeyirxahlıq, bağışlama, dözümlülük, insanlar arasında fəzilət və məhəbbətin bərqərar olması nümunəsinə çevrildi. Buna görə, yeni dönəmin başlanğıcı, ümid və sevinc bayramı hesab olunur. Bir daha bu böyük bayram münasibətilə təbrik edirəm və sizə və ailənizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram”, – baş nazir qeyd edir.