İrakli Ğaribaşvili - Mixeil Saakaşvili ailəsi ilə birlikdə baş oliqarxdır, o, ölkəmizin, xalqımızın əsas problemidir
İrakli Ğaribaşvili - Mixeil Saakaşvili ailəsi ilə birlikdə baş oliqarxdır, o, ölkəmizin, xalqımızın əsas problemidir

 
Saakaşvili ailəsi ilə birlikdə baş oliqarxdır, prezidenti idarə edən əmisi(dayısı) oliqarxdır, Saakaşvilinin anası oliqarxdır-bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin illik hesabatının təqdimatı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, Mixeil Saakaşvili və “Milli Hərəkat” sabitliyin pozulmasının əsas amilidir.

“Qiuli Alasanianın təsdiqlənmiş yüz milyonluq mülkü var. Saakaşvilinin təsdiqlənmiş yüz milyonları var. Saakaşvili ölkəmizin, xalqımızın əsas problemidir. Sadaladığım soyadların hamısı problemdir. Saakaşvili və onun partiyası sabitliyin pozulmasının, xalqımızın sülh və sabitliyinin əsas amilləridir” – deyə Ğaribaşvili bildirib.

İrakli Ğaribaşvilinin parlamentdə dinlənilməsi səs-küy fonunda keçir.