İrakli Ğaribaşvili - məsuliyyətsiz, zərərverici siyasətçilər bizim əsas partnyorlarımızı çağırırlar, bəlkə birtəhər Gürcüstanla əlaqələr pozulsun, bu birbaşa Rusiyanın marağındadır
İrakli Ğaribaşvili - məsuliyyətsiz, zərərverici siyasətçilər bizim əsas partnyorlarımızı çağırırlar, bəlkə birtəhər Gürcüstanla əlaqələr pozulsun, bu birbaşa Rusiyanın marağındadır

Cəmi iki həftə bundan əvvəl, ABŞ Dövlət Departamenti də, dövlət katibi də bölgədə göstərilən liderlik üçün və Amerika ilə birlikdə həyata keçirdiyimiz uğurlu işlər üçün şəxsən mənə təşəkkür edirdilər, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili jurnalistlərə bəyan etdi.

Hökumət başçısının dediyinə görə, məsuliyyətsiz, zərərverici siyasətçilər çalışırlar ki, əsas strateji partnyorlarla Gürcüstanla əlaqələr pozulsun, lakin ölkənin irəliləyişi və inkişafına əngəllər törədə bilməyəcəklər.

“Məsuliyyətsiz, zərərverici siyasətçilərin nəzərinə demək istəyirəm, dünən mən şərhlər dinlədim, onlar birbaşa əsas partnyorlarımızı çağırırlar, bəlkə birtəhər bizimlə, Gürcüstanla əlaqələr pozulsun. Əhaliyə xatırlatmaq istəyirəm, “Milli Hərəkatın” liderləri, Dato Bakradze, Kandelaki və başqaları, başqa anlaşılmaz soyadları sadalamayacam, sözsüz ki, Saakaşvilinin liderliyi ilə, Avropa İttifaqına gəzirdilər və xahiş edirdilər ki, Gürcüstan və bizim vətəndaşlarımız üçün vizasız rejimi verməsinlər. Bu həmin zərərverci siyasətin davamıdır, sonuna qədər edəcəyik və heç bir qüvvə, heç bir ədalətsiz anlaşılmaz zərərverici siyasət bizim tərəqqimizə, ölkəmizin irəliləyişinə və inkişafına əngəllər yarada bilməyəcək”, – İrakli Ğaribaşvili jurnalistlərə bəyan etdi.