İrakli Ğaribaşvili - Mən ölkəmizə ləyaqətlə xidmət etmişəm, ölkənin və xalqın maraqlarını güzəştsiz müdafiə etmişəm, komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm
İrakli Ğaribaşvili - Mən ölkəmizə ləyaqətlə xidmət etmişəm, ölkənin və xalqın maraqlarını güzəştsiz müdafiə etmişəm, komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm

 
Mən ölkəmizə ləyaqətlə xidmət etmişəm, ölkənin və xalqın maraqlarını güzəştsiz müdafiə etmişəm, komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm-bu haqda İrakli Ğaribaşvili istefa barədə bəyanat verərkən açıqlayıb.

Onun açıqlamasına əsasən, o, siyasi şuradan partiya sədri vəzifəsini tutmaq təklifi alıb və bununla bağlı fevralın 1-də qurultay keçiriləcək.

“Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir vəzifəsindən istefa verirəm. İcazənizlə, bu qərarın səbəblərini açıq şəkildə izah edim. Bu yaxınlarda, keçən ilin sonunda mən üç illik fəaliyyətimlə bağlı geniş hesabatı ictimaiyyətə təqdim etdim. Bildiyiniz kimi, mən ən çətin dövrdə, daxili və beynəlxalq siyasi, iqtisadi və sosial böhranlar şəraitində ikinci müddətə hökumət başçısı vəzifəsində işləməyə başladım. Mən ölkəmizə ləyaqətlə xidmət etmişəm, ölkənin və xalqın maraqlarını güzəştsiz müdafiə etmişəm, komanda ilə birlikdə əldə etdiyimiz nəticələrlə fəxr edirəm” – deyə İrakli Ğaribaşvili qeyd edib.