İrakli Ğaribaşvili – Mən hazırkı qlobal, regional çağırışların öhdəsindən gəlmək üçün Gürcüstan və Avstriya arasında tərəfdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm
Mən hazırkı qlobal və regional çağırışların öhdəsindən gəlmək üçün Gürcüstan və Avstriya arasında sıx tərəfdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.
İrakli Ğaribaşvili Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı çərçivəsində Qlazqoda Aleksandr Şalenberqlə görüşüb.
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı çərçivəsində Avstriyanın Federal Kansleri Alexander Şalenberqlə görüşmək üçün çox yaxşı fürsətim oldu. Biz Avropaya inteqrasiya yolu kimi mühüm sahələrdə Avstriyanın davamlı dəstəyinə görə minnətdarıq. Mövcud qlobal və regional çağırışlara cavab vermək üçün yaxın tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirəm”, – Baş nazir yazıb.