İrakli Ğaribaşvili – Mən hamıya müraciət edirəm, burada kiminsə nəsə təşkil edəcəyi ilə bağlı illüziyasına qapılmayın, kiçik səhv olacağı təqdirdə hər kəs ciddi şəkildə cəzalandırılacaq, hər kəsin qanun çərçivəsində öz fikrini ifadə etmək hüququ var

15:40, 20.04.2024

Mən hamıya müraciət etmək istəyirəm: kiminsə burada nəsə təşkil edəcəyi ilə bağlı illüziyasına qapılmayın, kiçik bir səhv olacağı təqdirdə hər kəs ciddi şəkildə cəzalandırılacaq, hər kəsin qanun çərçivəsində öz fikrini ifadə etmək hüququ var”, – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, parlament müzakirənin keçirilə biləcəyi yerdir, digər hər şey seçkilərdə həll olunmalıdır.

“Bidzina İvanişvili ölkəmizdə xeyriyyəçiliyə öz cibindən üç milyard dollar xərcləyib. O, hakimiyyətdən getdi və bu dəhşətli rejimi aradan qaldırdı, xalqımızı zülm və səfalətdən xilas etdi. 2012-ci ildə bunu etməsəydi, bu gün ölkəmiz olmayacaqdı. Bidzina İvanişvili və “Gürcü Arzusu” ölkəyə gəlməsəydi, bu gün ölkəmiz olmayacakdı. Bu gün manyak Saakaşvili hələ də hakimiyyətdə olacaqdı, vizasız rejim, status olmazdı, başımızda bəla və dağıdılmış ölkəmiz olacaqdı. Bir daha hamıya müraciət etmək istərdim: kiminsə burada nəsə təşkil edəcəyi ilə bağlı illüziyasına qapılmayın. Kiçik səhv olduğu təqdirdə hamı ağır cəzalandırılacaq. Hər kəsin qanun çərçivəsində öz fikrini ifadə etmək hüququ var. Parlament müzakirənin keçirilə biləcəyi yerdir, digər hər şey seçkilərdə həll olunmalıdır. Seçkilər demokratik, azad, şəffaf olacaq və heç bir sual qalmayacaq. Ölkə bundan sonra da dinc inkişafını, sabitliyini və firavanlığını davam etdirəcək. Biz bir daha ölkəmizi məhv etməyəcəyik”, – deyə Ğaribaşvili bildirib.

Oxşar