İrakli Ğaribaşvili - mən fəxrlə demək istəyirəm ki, bu gün ordumuz həmişəkindən daha güclüdür və NATO ilə daha uyğundur
Gürcüstanda üçüncü dəfə keçirilən və Müdafiə Qüvvələrinin hazırlığının gücləndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi və NATO ilə uyğunluğun artırılması baxımından böyük əhəmiyyət kəsb edən NATO-Gürcüstan komanda-qərargah təlimi münasibətilə hamınızı salamlayıram, – Bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “NATO-Gürcüstan 2022 təlimi” çərçivəsində fəxri qonaqlar günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan etdi.
Hökumət başçısının dediyinə görə, bu təlim Gürcüstanın NATO-dan güclü siyasi və praktiki dəstəyinin daha bir aydın sübutudur.
“NATO-Gürcüstan 2022 təliminin bütün pillələri planlaşdırlmasından dəyərləndirmə prosesinə qədər bizim hərbçilərimiz tərəfindən NATO standartlarına uyğun olaraq həyata keçirilir. Bu, bir daha ordumuzun və bu halda onun idarə olunmasının yüksək ixtisas və peşəkarlığını sübut edir. Bu, ölkəmizin azadlığını və təhlükəsizliyini səmərəli şəkildə qoruya biləcək ən hazırlıqlı, müasir, güclü orduya malik olmağı qarşısına məqsəd qoymuş uzunmüddətli və sistemli müdafiə siyasətimizin nəticəsidir. Mən fəxrlə demək istəyirəm ki, bu gün ordumuz həmişəkindən daha güclüdür və NATO ilə daha uyğundur”, – Ğaribaşvili bəyan etdi.