İrakli Ğaribaşvili - məcburi köçkünlərimizi Abxaziya və Samaçabloya qaytaranadək onların layiqli yaşayış şəraitinə malik olması labüddür
Bu gün hökumətin iclasında yaşayış evlərinin daha 850 məcburi köçkün ailəsininin mülkiyyətinə verilməsini nəzərdə tutan fərman layihəsini təsdiq edəcəyik -bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir , yaşayış evlərinin Tbilisi, Zuqdidi və Kutaisidə yerləşdiyini bildirir.
“Bu gün hökumətin iclasında Tbilisi, Zuqdidi və Kutaisidə yerləşən yaşayış evlərinin daha 850 məcburi köçkün ailəsininin mülkiyyətinə verilməsini nəzərdə tutan fərman layihəsini təsdiq edəcəyik. Bildiyiniz üzrə, cənab Zurab Azaraşvili hazırda tikinti şirkətləri ilə güzəştli tikinti məsələləri ilə məşğuldur, çox yaxında hərraclar elan olunacaq və başa çatacaq, məcburi köçkünlər üçün minlərlə mənzillərin tikintisinə başlayacağıq. Məcburi köçkünlərimizi Abxaziya və Samaçabloya qaytaranadək onların layiqli yaşayış şəraitinə malik olması labüddür” – deyə baş nazir bildirib.