İrakli Ğaribaşvili - məhkəməmiz bir çox Avropa məhkəməsini qabaqlayır, xahiş edirəm hakimlərdən hörmətlə bəhs edin, məhkəməni istənilən müdaxilədən qorumaq üçün əlimdən gələnin maksimumunu edəcəyəm
Məhkəməmizin bir çox Avropa məhkəməsini qabaqlaması ilə bir vətəndaş kimi siz fəxr etməlisiniz. Xahiş edirəm, hamınız bütün hakimlərdən böyük hörmətlə bəhs edin– Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistin “Məhkəməni ABŞ-dan mı qoruyursunuz?, Onların kimdən müdafiəyə ehtiyacı var?” sualına belə cavab verib.
İrakli Ğaribaşvili məhkəməni istənilən müdaxilədən qorumaq üçün əlindən gələnin maksimumunu edəcəyini bir daha qeyd edib.
“Bütün hakimlərdən böyük hörmətlə bəhs etməli və onlara hörmətlə müraciət etməlisiniz. Baş nazir kimi bunu tələb edirəm və bir daha xahiş edirəm, düzgün olmağa, insanlara, vətəndaşlara düzgün müraciət etməyə çağırıram, bu bir. İkincisi, ədalət mühakiməsi indeksinə görə ölkəmiz korrupsiyanın qavranılması üzrə reytinqlər də daxil olmaqla, Aİ-yə üzv 11, NATO-ya üzv 13 ölkəni qabaqlayır. Vətəndaşlarımızın, dostlar sizin məhkəmə sisteminə inamınız tarixi maksimumdadır, bu, sizin televiziya sahibinin hakimiyyəti dövründə mövcud deyildi, o zaman demək olar ki, sıfıra bərabər idi. Bir daha təkrarlayıram, mən hökumət başçısı kimi məhkəmənin istər daxili, istərsə də xarici, hökumətin və ya hökumət üzvlərinin hər hansı müdaxiləsindən qorunması üçün əlimdən gələnin maksimumunu edəcəyəm. Məncə hər şey aydındır”-deyə İrakli Ğaribaşvili jurnalistin sualına cavab olaraq bildirib.
İrakli Ğaribaşvili bu bəyanatı Ali Ədliyyə Şurasının üzvləri ilə görüş keçirdiyi Gürcüstanın Ali Məhkəməsində verib.