İrakli Ğaribaşvili - məqsədimiz Gürcüstanı əsl regional mərkəzə çevirməkdir və dünyanın aparıcı şirkətləri ilə aktiv şəkildə işləyirik
İrakli Ğaribaşvili - məqsədimiz Gürcüstanı əsl regional mərkəzə çevirməkdir və dünyanın aparıcı şirkətləri ilə aktiv şəkildə işləyirik

 

Qətiyyətli addımlarımız son iki il ərzində Gürcüstanda 230 min iş yerinin yaradılmasını təşviq etdi. İnflyasiyanın 9,4% səviyyəsində sabitləşməsi baxımdan da uğura nail olduq, 2023-cü ildə isə inflyasiyanın 5%-ə endirilməsini hədəfləyirik -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Gürcüstanın potensialının yeni arenasına çıxış – iqtisadi çiçəklənməyə gedən yol” adlı Dünyanın Hökumətləri zirvə toplantısında çıxışı zamanı açıqlayıb.

Hökumət başçısının qeyd etdiyi kimi, hökumətin məqsədi Gürcüstanı real çoxölçülü regional mərkəzə çevirməkdir.

“2022-ci ildə də birbaşa xarici investisiyalarda əhəmiyyətli artım qeydə alınıb, onların həcmi əvvəlki illərlə müqayisədə 2 dəfə artdı və prinsip etibarıyla 101,7% artıb. Qətiyyətli addımlarımız son iki il ərzində Gürcüstanda 230 min iş yerinin yaradılmasını təşviq etdi. İnflyasiyanın 9,4% səviyyəsində sabitləşməsi baxımdan da uğura nail olduq, 2023-cü ildə isə inflyasiyanın 5%-ə endirilməsini hədəfləyirik. İqtisadiyyatımızı daha da stimullaşdırmaq və xalqımıza daha çox rifah gətirmək məqsədilə bir çox irimiqyaslı enerji, infrastruktur və logistika layihələri həyata keçirilir və planlaşdırılır.

Məqsədimiz Gürcüstanı əsl regional mərkəzə çevirməkdir və dünyanın aparıcı şirkətləri ilə aktiv şəkildə işləyirik. Gürcüstan dənizə çıxışı olmayan səkkiz ölkəyə xidmət göstərir və Avropa ilə Asiya arasında qapıdır. Ölkəm artıq Şərq-Qərb ticarət münasibətlərində vacib rol oynayır. Gürcüstan beynəlxalq şirkətlərə daha böyük regionda bizneslərini genişləndirmək üçün rəqabət mühiti təklif edir ki, bu da onların əməliyyat xərclərini azaldacaq. Gürcüstandan keçməklə şirkətlər Avropanın 2,3 milyardlıq istehlak bazarına gömrük rüsumları və idxal vergiləri olmadan çıxış imkanından yararlana biləcəklər. Gürcüstanın Çin, MDB, Avropa Azad Ticarət və Assosiasiya ölkələri, Ukrayna və Türkiyə ilə azad ticarət müqavilələri var. Bundan əlavə, biz Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət zonasının verdiyi üstünlüklərdən faydalanırıq”-deyə Baş nazir açıqlayıb.