İrakli Ğaribaşvili - mədən yanacağından asılılığın aradan qaldırılması və alternativ enerji mənbələrinə investisiya qoyuluşu iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həlledicidir
Baş nazir İrakli Ğaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransı çərçivəsində “Enerjinin gələcəyinə sərmayə” mövzusunda keçirilən dəyirmi masa formatında iştirak edib.
Hökumət başçısı “Twitter” sosial şəbəkəsində mədən yanacağından asılılığın aradan qaldırılması və alternativ enerji mənbələrinə investisiya qoyuluşunun iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həlledici olduğunu bildirib.
“BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransı çərçivəsində dəyirmi masa formatında keçirilən yüksək səviyyəli görüşdə iştirak etdim. Təmiz enerjidən istifadənin əhəmiyyəti ilə bağlı informativ müzakirələr keçiririk. Mədən yanacağından asılılığın aradan qaldırılması və alternativ enerji mənbələrinə investisiya qoyuluşu iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həlledicidir” – deyə baş nazir yazır.