İrakli Ğaribaşvili mayın 27-də sorğu-sual qaydası ilə parlamentdə çıxış edəcək
Baş nazir İrakli Ğaribaşvili mayın 27-də sorğu-sual yolu ilə parlamentə gələcək.
Bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
“Ümumilikdə, Baş nazirə və üç nazirə dörd sual göndərilib və bu sorğu-sual əsasnamədə müəyyən edilmiş qaydalara uyğun olaraq, mayın 27-də aparılacaq. Bu qeyd olunub və parlamentin gündəmində nəzərdə tutulub”, – Kobaxidze bildirib.