İrakli Ğaribaşvili mayın 12-də rəsmi səfərlə Ermənistana gedir
İrakli Ğaribaşvili mayın 12-də rəsmi səfərlə Ermənistana gedir

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili mayın 12-də rəsmi səfərlə Ermənistana gedir.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində, Ermənistan Respublikasının iqtidar iqamətgahında baş nazirin qarşılama mərasimi keçiriləcək.

İrakli Ğaribaşvili Ermənistanın qüvvədə olan baş naziri Nikol Paşinyan ilə görüşəcək və daha sonra geniş formatlı danışıqlar keçiriləcək.

Görüşdən sonra İrakli Ğaribaşvili və Nikol Paşinyan mətbuat üçün bəyanatlar verəcəklər.

Gürcüstanın baş naziri ilə bərabər Yerevana Xarici İşlər Naziri Davit Zalkaliani də gedir.