İrakli Ğaribaşvili martın 24-də Quriya bölgəsində partiya aktivi ilə görüşəcək
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili gələn həftə, martın 24-də Quriya vilayətində partiya aktivi ilə görüşəcək.
“Gürcü Arzusu”nun mətbuat xidmətindən verilən məlumat üzrə, martın 2-də “Gürcü Arzusu”nun sədri və partiya liderlərinin regionlarda görüşləri başlayıb. Acara və Sameqrelo-Zemo Svaneti yerli təşkilatlarının sədrləri və partiya aktivi ilə görüşlər keçirilib.
İrakli Ğaribaşvili 100 gün ərzində 10 bölgədə partiya aktivi ilə görüşəcək.