İrakli Ğaribaşvili Marneulinin çay evində ağsaqqallarla görüşüb
İrakli Ğaribaşvili Marneulinin çay evində ağsaqqallarla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Marneulinin çay evində ağsaqqallarla görüşüb.

Görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və Azərbaycan xalqının xüsusi dostluq münasibətlərindən danışıb.

Hökumət Administrasiyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda barışıq və bərabərlik məsələləri üzrə dövlət naziri Tea Axvledianinin, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Şöbəsinin rəhbəri Leri Barnabişvilinin, Kvemo Kartli qubernatoru Q.Doxturişvilinin, Marneuli meri Kənan Ömərovun, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, deputatlar Zaur Darğallı və Savalan Mirzoyev, Azərbaycanın səfiri Faiq Quliyev və “Socar” şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədovun baş nazirlə birlikdə çay evində olduqları deyilir.