İrakli Ğaribaşvili Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Macarıstanın Xarici İşlər və Ticarət naziri, Piter Siiarto ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın dinamikası və Gürcüstanın Avropaya inteqrasiya prosesində əldə etdiyi tərəqqi müzakirə olundu.
“Yaşıl enerji layihələrinin və Qara Dənizə qoşulmanın prioriteti və bu kontekstdə Qara Dəniz sualtı elektrik kabeli layihəsinin strateji əhəmiyyəti xüsusilə qeyd edildi.
Görüşdə artan ikitərəfli ticarətin inkişaf dinamikası vurğulandı”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.
Elə onların məlumatına görə, İrakli Ğaribaşvili Piter Siiartoya Avropaya inteqrasiya yolunda sarsılmaz dəstəyə görə təşəkkürünü bildirdi.
“Qeyd olundu ki, Avropa Komissiyasının dərc etdiyi hesabatda Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş aydın şəkildə əksini tapıb”, – məlumatda deyilir.
Görüşdə Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Anna Mariya Şiko və Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili iştirak edirdilər.