İrakli Ğaribaşvili Macarıstanın Baş nazirinin siyasi idarəsinin direktoru ilə görüşüb
İrakli Ğaribaşvili Macarıstanın Baş nazirinin siyasi idarəsinin direktoru ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Macarıstanın Baş nazirinin siyasi idarəsinin direktoru Bolajş Orban ilə görüşüb.

Hökumət Administrasiyasında keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib. Macarıstan və Gürcüstan arasında mövcud xüsusi dostluq münasibətləri vurğulanıb.

İrakli Ğaribaşvili və Bolajş Orban Gürcüstan və Macarıstan arasında iqtisadi və enerji əməkdaşlığının dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirliklərinin görüşü nəzərdə tutulub. Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi mühüm irəliləyişlərə toxunulub.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanın milli qanunvericilik bazasının Avropa İttifaqının qanunvericiliyinə uyğunluğu ilə bağlı Avropa Komissiyasının dərc etdiyi hesabat Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusuna layiq olduğunu təsdiqləyib.

Bolajş Orban Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına qəti dəstəyini Baş nazirə təsdiqləyib. Hökumət Administrasiyasında keçirilən görüşdə Macarıstanın Baş nazirinin siyasi idarəsinin direktor kabinetinin rəhbəri Dora Siviç, Macarıstan dövlət katibinin müavini Marton Uqrojdi və Gürcüstanın Hökumət Administrasiyanın rəhbəri Revaz Cavelidze iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.