İrakli Ğaribaşvili Macarıstan Parlamentinin Milli Assambleyasının sədri ilə görüşüb
İrakli Ğaribaşvili Macarıstan Parlamentinin Milli Assambleyasının sədri ilə görüşüb

 

Gürcüstanın baş naziri Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Parlamentinin Milli Assambleyasının sədri Laslo Kover ilə görüşüb.

Gürcüstanın baş nazirinin mətbuat xidməti tərəfindən verilən məlumatda, ölkələr arasında dostluq münasibətlərinin, tərəfdaşlıq əməkdaşlığının, o cümlədən parlamentlərarası əlaqələrin dərinləşdirilməsi perspektivlərinə toxunulduğu deyilir.

Avropa Şurasının Gürcüstana Avropa perspektivi verməsinə dair qərar qəbul etməsi fonunda Macarıstanın Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya prosesi ilə bağlı aydın mövqeyi xüsusilə vurğulanıb.

İrakli Ğaribaşvili Laslo Koverə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin Avropa və Avro-Atlantik istəklərinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət və regiondakı mövcud mühit müzakirə olunub. Rusiyanın Ukraynaya hərbi təcavüzü və orada yaranmış vəziyyətə toxunulub.