İrakli Ğaribaşvili Lia Mikadzenin vəfatından məyusluğunu ifadə edib
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Lia Mikadzenin vəfatından məyusluğunu ifadə edib.
“Gürcüstan televiziya yayımının görkəmli teleaparıcısı Lia Mikadzenin vəfatından məyusluğumu ifadə edirəm.
Lia Mikadze Mtatsminda televiziya studiyasından ilk dəfə Gürcüstanı salamlayan və televiziyanın yarandığını müjdələyən Gürcüstan televiziyasının ilk siması idi.
Yüksək peşəkarlığına və akademik üslubuna görə xalq onu layiqincə sevmiş və yarım əsrə yaxın yaradıcılığını izləmişdi.
Ailəsinə, dostlarına, yaxınlarına və həmkarlarına başsağlığı verirəm” – deyə Gürcüstanın baş nazirinin başsağlığı mətnində deyilir.
Gürcüstan televiziya yayımının ilk teleaparıcısı Lia Mikadze 86 yaşında vəfat edib.