İrakli Ğaribaşvili – Levan Tarxnişvilinin apardığı araşdırmanın etibarlılığı yoxdur, hər kəs üçün məlumdur ki, “İpsos” adından istifadə olunur

14:57, 28.10.2021

Biz dəfələrlə demişik ki, Levan Tarxnişvilinin yerlərdə apardığı araşdırmaların heç bir etibarlılığı yoxdur. “İpsos” adından istifadə edildiyi hamıya məlumdur, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə “İpsos”un araşdırması barədə danışıb.

Hökumət başçısının da qeyd etdiyi kimi, bu, dünənki zəfər hadisəsini ört-basdır etmək üçün növbəti zəif cəhddir.

“Biz dəfələrlə demişik ki, Levan Tarxnişvilinin apardığı araşdırmaların heç bir etibarlılığı yoxdur. Məlumdur ki, “İpsos” adından istifadə olunur. Levan Tarxnişvilinin saxtalaşdırdığı araşdırmalar bizim üçün maraqlı deyil. Bu, dünənki əsl zəfər hadisəsini hansısa yolla ört-basdır etmək üçün başqa bir əbəs cəhddir. Çox yaxında, iki gündən sonra əhalimiz görəcək ki, bu ikinci turlar bizim və namizədlərimizin qələbəsi ilə başa çatacaq”, – İrakli Ğaribaşvili bildirib.

Oxşar