İrakli Ğaribaşvili - Levan İoseliani xalq müdafiəçiliyinə layiqli namizəddir, onun namizədliyi bizim üçün tamamilə məqbuldur, sonda qərarı parlament qəbul edəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Levan İoselianinin xalq müdafiəçisi postuna namizədliyinin məqbul olduğunu və onun əksəriyyətinin deputatları tərəfindən dəstək görəcəyini bildirib.
O, Levan İoselianinin layiqli namizəd olduğunu qeyd edib.
“Biz çoxluq əvvəldən qərar vermişdik ki, öz namizədimizi irəli sürməyəcəyik, müxalifətin razılaşacağı namizədi dəstəkləyəcəyik. Hesab edirəm ki, Levan İoselianinin namizədliyi bizim üçün tamamilə məqbuldur, o, layiqli namizəddir. Təbii ki, sonda buna parlament, əksəriyyəti qərar verəcək. Düşünürəm ki, ona yönəlik dəstəyimiz təmin olunacaq. Bu mənim fikrimdir. Mən çoxluğun fikrini bilirəm, ona görə də fikrimi sizinlə bölüşürəm” -deyə İrakli Ğaribaşvili jurnalistlərə açıqlayıb.