Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanın Xalq Müdafiəçisi, Levan İoseliani ilə görüşdü.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə insan hüquqlarının müdafiəsi baxımından Gürcüstanda mövcud vəziyyətə diqqət yetirildi.
“Söhbətdə 2012-ci ildən sonra insan hüquqlarının müdafiəsi sahəsində əldə olunan uğurlara toxunuldu. Qeyd olundu ki, son 10 ildə bununla bağlı vəziyyət yaxşılaşıb və köklü şəkildə dəyişib. Gürcüstanın İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Strategiyasının iki sənədi vurğulandı, hansında da birincisi 2014-2020-ci illəri, ikincisi isə, 2022-2030-cu illəri əhatə edir.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə olundu”, – məlumatda deyilir.