İrakli Ğaribaşvili Kutaisidə Olimpiya üzgüçülük hovuzuna baxış keçirib
İrakli Ğaribaşvili Kutaisidə Olimpiya üzgüçülük hovuzuna baxış keçirib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Kutaisidə Olimpiya üzgüçülük hovuzuna baxış keçirib.

Olimpiya üzgüçülük hovuzunun tikinti işlərini Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Munisipal İnkişafı Fondu həyata keçirib.

Müasir Olimpiya standartlı üzgüçülük hovuzunun uzunluğu 50 metr, eni isə 25 metrdir. Hovuz kompleksində 600 nəfərədək tamaşaçı üçün tribuna, kiçik uşaq hovuzu, məşq zalları, idmançılar və hakimlər üçün soyunub-geyinmə otaqları, qida və idman avadanlıqları mağazaları üçün yerlər təşkil olunub.

Olimpiya hovuzunun binası müasir mühəndis şəbəkələri, filtrasiya və nasos stansiyaları, istilik, soyutma və yanğın sistemləri ilə təchiz olunub. Hovuzun xaricində dayanacaq və açıq kafe var. Yeni hovuzdan həm həvəskarlar, həm də müxtəlif su idman növləri üzrə idmançılar istifadə edə biləcəklər. Olimpiya hovuzu yerli və beynəlxalq idman tədbirlərinə də xidmət göstərəcək.

Hovuzun infrastrukturu məhdud imkanlı insanlar üçün uyğunlaşdırılıb.

Kutaisi hovuzunun tikintisinin başlanmasını qeyd etmək üçün Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze 2021-ci ilin iyunun 9-da tikintinin təməlinə simvolik kapsul qoyublar.

Baş nazirlə birlikdə icraçı, qanunverici və yerli hökumət nümayəndələri hovuzda olublar.