İrakli Ğaribaşvili - korrupsiyaya qarşı mübarizə baxımından Gürcüstan yenə də Şərqi Avropa və Mərkəzi Asiya regionunda liderdir, bir sıra Avropa və Şimali Atlantika Alyansına üzv dövlətləri qabaqlayır
Korrupsiyaya qarşı mübarizə baxımından Gürcüstan yenə də Şərqi Avropa və Mərkəzi Asiya regionunda liderdir, bir sıra Avropa və Şimali Atlantika Alyansına üzv dövlətləri qabaqlayır- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında qeyd olunub.
Hökumət başçısı Gürcüstanın əldə etdiyi tərəqqinin xarici dostlar və yüksək vəzifəli siyasi fiqurlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
“Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə gününü Gürcüstan qabaqcıl mövqe ilə qarşılayır.
Korrupsiya demokratiya, iqtisadi inkişaf və ictimai sabitlik üçün olduqca vacib çağırışdır. Bu səbəbdən hakimiyyətə gəldiyimiz gündən ona qarşı böyük səylərə baş vurduq- anti-korrupsiya qanunvericiliyində islahatlar apardıq, hökumətin açıqlığını və proseslərdə ictimaiyyətin iştirakını təmin etdik.
Nəticələr möhtəşəmdir. Son altı ildə biz qabaqcıl ölkələr sırasında öz mövqeyimizi qoruyub saxlamışıq. Son araşdırmalara görə, Gürcüstan yenə də Şərqi Avropa və Mərkəzi Asiya regionunda liderdir, bir sıra Avropa və Şimali Atlantika Alyansına üzv dövlətləri qabaqlayır. Xarici dostlarımız, yüksək səviyyəli siyasi fiqurlar tərəqqimizi yüksək qiymətləndirirlər.
Korrupsiyaya qarşı barışmaz mübarizə, hesabatlı və açıq idarəetmənin gücləndirilməsi prioritetimiz olaraq qalır”- deyə Baş nazir qeyd edir.