İrakli Ğaribaşvili - Konstitusiya Günü vahid, dinc, güclü Gürcüstan qurmaq üçün ümumi qərarı bir daha təsdiqləyən birlik anıdır
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili vətəndaşları Konstitusiya Günü münasibətilə təbrik edib.
Baş nazirin bəyanatında qeyd edildiyi kimi, bu gün birlik məqamıdır və bu, parlaq gələcəyin – vahid, dinc, güclü, inkişaf etmiş Gürcüstanın qurulması üçün ümumi qərarı bir daha təsdiqləyir.
“Konstitusiya Günü münasibətilə təbrik edirik!
24 avqust dövlətçiliyimiz üçün ən mühüm tarixdir. Bu gün, 1995-ci ildə müstəqil Gürcüstanın parlamenti ölkənin ali qanununu qəbul etməklə tariximizin yeni mərhələsinin – vətəndaş birliyinə, qanunun aliliyinə, azadlıq, demokratiya, sülh və inkişaf ideallarına əsaslanan dövlət quruculuğunun əsasını qoydu.
Gürcüstan Konstitusiyası – bizim bir-birimizlə və dövlətimizlə olan müqaviləmiz böyük tarix və mədəniyyətin müəyyənedici dəyərlərinə əsaslanır. Eyni zamanda, müasir dövrdə ölkənin və xalqın tərəqqisi və inkişafı üçün yeni məqsəd və vəzifələri müəyyən edir.
Bu gün parlaq gələcəyin – vahid, dinc, güclü, inkişaf etmiş Gürcüstanın qurulması ilə bağlı ümumi qərarımızı bir daha təsdiqləyən birlik anıdır”, – deyə İrakli Ğaribaşvili bəyan edib.