İrakli Ğaribaşvili - komissiya yaradacağıq, birgə çıxış yolu tapaq ki, pensiyaçının yüksək faizləri olmasın
İrakli Ğaribaşvili - komissiya yaradacağıq, birgə çıxış yolu tapaq ki, pensiyaçının yüksək faizləri olmasın

Komissiya yaradacağıq, sizdən xahiş edirəm siz də bu komissiyanın işinə qoşulasınız, birgə çıxış yolu tapaq ki, pensiyaçının yüksək faizləri olmasın, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Parlamenti plenar iclasında, illik hesabatdan sonra deputatların pensiya ilə bağlı verilən sualına cavab olaraq bəyan etdi.

Hökumət başçısının qeyd etdiyinə görə, hakimiyyət bacardı və əvvəlki hakimiyyət dövrü olan 100 faizdən artıq faiz dərəcəsini 36 faizə qədər endirdi.

“Nazirlərlə söhbət var idi və komissiya yaradacağıq, sizdən xahiş edirəm siz də bu komissiyanın işinə qoşulasınız, birgə çıxış yolu tapaq ki, pensiyaçının yüksək faizləri olmasın. Əvvəlki hakimiyyət dövrü olan 100 faizdən artıq faiz dərəcəsini 36 faizə qədər endirdik. Mənim şəxsən İrakli Ruxadze ilə söhbətm var idi. Lakin bu faiz də yüksəkdir. Hamınıza müraciət edirəm, bu məsələ maraqlanan hər biriniz, qoşulasınız. Vetranların pensiyasına gəldikdə, razılaşıram, bu problemdir, buna qədər həll olunmalı idi. Təsdiq edirəm ki, 2022-ci ildə veteranların pensiyasının artırılması büdcədə nəzərə alınacaq”, – Ğaribaşvili bəyan etdi.