Baş nazir İrakli Ğaribaşvili və Kipr Prezidenti Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin vacibliyindən danışıblar.
Gürcüstana Aİ-yə namizəd statusunun verilməsinin vacibliyi və Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyiş Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Kipr Prezidenti Nikos Xristodulidisin görüşündə əsas müzakirə mövzusu olub.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, İrakli Ğaribaşvili Reykyavikdə Kipr Prezidenti ilə görüşüb.
Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığın dinamikasını müzakirə ediblər. Ölkələrin beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində səmərəli əməkdaşlığı qeyd olunub. Mövcud əməkdaşlığın dərinləşdirilməsinə hazırlıq ifadə olunub.