İrakli Ğaribaşvili - xroniki xəstəliklərdən əziyyət çəkən pensionerlər 2024-cü ildə tibbi dərmanları pulsuz alacaqlar, biz bu tendensiyanı qoruyub saxlayacağıq
İrakli Ğaribaşvili - xroniki xəstəliklərdən əziyyət çəkən pensionerlər 2024-cü ildə tibbi dərmanları pulsuz alacaqlar, biz bu tendensiyanı qoruyub saxlayacağıq

Xroniki xəstəliklərdən əziyyət çəkən pensionerlər 2024-cü ildə tibbi dərmanları pulsuz alacaqlar, biz bu tendensiyanı qoruyub saxlayacağıq-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, yeni büdcə ilə səhiyyə proqramlarının maliyyələşdirilməsi artıb.

“Növbəti il xroniki xəstəliklərdən dərman asılılığı olan pensionerlər ilboyu dərmanı pulsuz olaraq alacaqlar. 400 minə yaxın pensioner belədir, bu da çox mühüm güzəştdir. Pensionerlər pensiyasını 500 lariyə, 2012-ci ildəki 110 laridən 500 lariyə yüksəltməyimizlə yanaşı, xroniki xəstəliklərdən əziyyət çəkən pensionerlər 2024-cü ildə dərmanı pulsuz  alacaqlar. Biz bu tendensiyanı qoruyub saxlayacağıq” – deyə İrakli Ğaribaşvili bildirib.